Rusiya ordusunda faciə - Ölən və yaralılar var

Rusiyalı hərbçilərini daşıyan avtobus Cənubi Osetiyada qəzaya düşüb. AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Tsxinval-Kançaveti dağ yolunda baş verib. Hərbçiləri daşıyan avtobusun uçuruma yuvarlanması nəticəsində 6 zabit ölüb, 16-sı isə xəsarət alıb. Yaralılar Tsixinvaldakı xəstəxanaya çatdırılıb. Rusiya müdafiə naziri Sergey Şoyqunun göstərişi ilə yaralıları Moskvaya gətirmək üçün hadisə yerinə təyyarə göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00