Dnepropetrovsk Ukraynanın xəritəsindən yoxa çıxdı
19 May 2016 14:28 DünyaUkraynanın Ali Radası Dnepropetrovsk şəhərinin Dnepr adlandırılmasına dair qərar qəbul edib. Bu barədə Trend "112 Ukrayna" telekanalına istinadən xəbər verir. Ali Radanın digər qərarı ilə Dneprodzerjinsk şəhəri bundan sonra Kamenskoye adlandırılacaq. Bundan əvvəl Ukrayna parlamenti ölkənin 228 yaşayış məntəqəsinin adlarının dəyişdirilməsi haqqında qanun qəbul edib. Onların sırasında Krımın 75 yaşayış məntəqəsi də var. Ali Rada bu addımları 2015-cı ildə qəbul olunmuş dekommunizasiya haqqında qanunun həyata keçirilməsi çərçivəsində atır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00