Ermənistanda KTMT xüsusi təyinatlılarının təlimi keçiriləcək
19 May 2016 14:16 DünyaMayın 24-26-da Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xüsusi təyinatlı çevik reaksiya qüvvələrinin "Kobalt-2016" adlı təlimləri keçiriləcək. APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, təlimlər "Baqramyan" təlim mərkəzinin bazasında keçiriləcək. Təşkilatın baş katibi Nikolay Bordyuja təlimləri izləyəcək. Hərbi və hərbi-nəqliyyat təyyarələrinin də cəlb olunacağı təlimlərə Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxili işlər orqanlarının xüsusi bölmələri qatılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00