Ukrayna Ali Radası ölkənin iki böyük şəhərinin adını dəyişib
Bundan sonra Dnepropetrovsk Dnepr, Dneproderjinsk isə Kamensk adlanacaq
19 May 2016 13:35 DünyaUkrayna Ali Radası Dnepropetrovsk şəhərinin adını dəyişərək Dnepr kimi təsdiq edib. "Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, şəhərin adının dəyişdirilməsi ideyasını sessiya zalında qeydiyyatdan keçmiş 344 milli vəkilindən 247-si dəstəkləyib. Qərar dekommunizasiya haqqında qanun çərçivəsində həyata keçirilib. Qərar qəbul edildiyi gündən qüvvəyə minib. Həmçinin, Ali Rada Dneproderjinsk şəhərinin adını dəyişərək Kamensk qoyub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00