Azərbaycanlı iş adamının azadlıq planı: 50 milyon və arvadıyla bağlı etiraf

Publika.az bildirir ki, Rza Zərrabın girov ərizəsində həyat yoldaşı müğənni Ebru Gündəşlə necə tanış olduğu da izah edilib: "Türkiyənin məşhur müğənnisi Ebru Gündəş cənab Zərrabın qardaşının 2005-ci ildə baş tutan toyunda səhnəyə çıxıb. Cənab Zərrab Gündəşin uzun müddət heyranı olub. Zərrab sevdiyi müğənni üçün bir neçə mahnı bəstələyib ortaq dostları vasitəsi ilə ona göndərib. Bu hadisədən çox təsirlənən Gündeş Zərrab ilə görüşmək istədiyini söyləyib. Bu görüşdən sonra cütlük  bir-birlərinə aşiq olub. 2010-cu ildə onlar evlənməyə qərar verib, 2011-ci ildə isə cütlüyün qızı dünyaya gəlib. Gündəş Zərrabın bəstələdiyi mahnılardan ibarət albom da çıxarıb. Zərrab həbsindən dolayı bu evliliyi fəda etməyəcək".

Ərizədə Zərrabın ciddi sağlamlıq problemləri: bağırsağında polip, mədəsində xora və böyrəyində problem olduğu da bildirilib. Zərrabın həkim tərəfindən mütəmadi olaraq həkim nəzarətində saxlanılmalı olduğu, girov təklifi qəbul edilərsə, səhhətinin yaxşılaşacağı da qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00