Əxlaqsız qadınlarla müştəriləri soyunduruldu, küçə ilə aparıldılar - VİDEO - FOTO +21 VIDEO

Rusiyanın ən qalmaqallı əlbəyaxa döyüş ustalarından biri, şovinist, irqçi və neonasist Vladislav Datsiklə əlaltıları həbs olunublar.  Life bildirir ki, "Narıncı Tarzan" kimi tanınan Datsiklə adamları mayın 17 və 18-də Sankt-Peterburqda iki fahişəxanaya hücum ediblər.


Onlar fahişəxanaların olduğu mənzillərin qapılarını sındararaq içəri giriblər, əxlaqsız qadınlarla onların müştərilərini lüt soyunduraraq küçəyə çıxarıblar. 
6 əxlaqsız qadınla 2 "müştəri" kişi lüt vəziyyətdə küçədə "marş"da olarkən polis olaya müdaxilə edib.

Sabiq MMA döyüşçüsü, kikboksçu V.Datsik yarım il əvvəl həbsdən azadlığa çıxan kimi fahişəxanalara "savaş" elan etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00