Çində zəlzələ 7 min insanı evsiz qoydu

Çinin Yunyan əyalətində 4,6 və 5 bal gücündə zəlzələ olub. SİA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölən olmasa da, iki nəfər yaralanıb, 192 ev dağılıb. Təbii fəlakət 7 minə yaxın insanı evindən məhrum edib. Çin hökumətinin verdiyi məlumata görə, zərərçəkənlərə yardım olunacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00