Sənətinə ara verib, biznesə başladı
19 May 2016 12:17 DünyaTətil üçün hər yaz Bodruma gedən aktrisa Pınar Altuğ orada ticarətə başlamağa qərar verib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa sırğa mağazası açacaq. Bir müddətdir sənətinə ara verən Pınar Altuğ özünü biznesinə həsr edib. Ötən günlərdə internet saytlarında satışa çıxartdığı aksessuarları böyük rəğbət qazanan aktrisa, işini böyütməyə qərar verib. O, bu yaz Yalıkavakda da mağaza açacağını açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00