İŞİD 11 kamikadze ilə hücum etdi: 61 nəfər öldü
18 May 2016 18:21 DünyaİŞİD terror təşkilatı aralarında 11 kamikadzenin də olduğu qüvvə ilə Şimali İraq regional kürd rəhbərliyinin peşmərgə güclərinin mövqelərinə hücum edib. Publika.az bildirir ki, bu haqda Peşmərgə Nazirliyinə bağlı xüsusi təyinatlıların komandiri general Behçet Teymez deyib. Onun sözlərinə görə, qarşıdurmalarda 61 İŞİD-çi öldürülüb. Peşmərgə komandiri bir kürd döyüşçünün həyatını itirdiyini, 3-nün isə yaralandığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00