Türkiyənin baş naziri postuna namizədin adı AÇIQLANDI
18 May 2016 17:13 DünyaTürkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım ölkənin baş naziri vəzifəsinə namizəd olacaq. Report bildirir ki, bu haqda Türkiyədə çıxan "Milliyet" qəzeti məlumat yayıb. Məlumata görə, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatlar və nazirlərin çoxu B.Yıldırımın baş nazir postuna namizədliyini dəstəkləyiblər. Xəbərdə bildirilib ki, AKP-nin Mərkəzi İdarə Heyətinin mayın 19-da keçiriləcək toplantısından sonra baş nazir və partiya sədrliyinə namizədin adı açıqlanacaq. Həmin şəxsin B.Yıldırım olacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00