Torpaq sürüşməsi - 200 ailə itkin düşdü

Şri-Lankada irimiqyaslı torpaq sürüşməsi 200 ailənin torpağın altında qalması ilə nəticələnib. Anspress bildirir ki, bu barədə yerli Qırmızı Xaç komitəsindən deyilib. Torpaq sürüşməsi adanın cənubunda yerləşən Siripur, Pallebaqe və Elaqipitya kəndlərinin torpağın altında qalmasına səbəb olub. Qırmızı xaç komitəsindən bildilirilib ki, ötən gecə baş verən hadisə zamanı elektrik enerjisinin kəsilməsi xilasedicilərin kəndə çıxışını bir qədər də çətinləşdirib. Səhər saatlarında başlamış axtarış-xilasetmə əməliyyatları nəticəsində 180 nəfər xilas edilib. 13 nəfərin aqibəti barədə heç bir məlumat yoxdur. Adada torpaq sürüşmələri tez-tez baş verir. Xüsusən də yağışların gücləndiyi dövrlərdə - maydan dekabr ayına qədər şərq və cənub şərqdə daha geniş vüsət alır. 2014-cü ildə adanın mərkəzi bölgələrində Miriyyabedda plantasiyasında baş verən torpaq sürüşməsi nəticəsində çoxlu sayda ev qatı palçığın altında qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00