Rusiyadan Çavuşoğluna cavab: "İstefaya yox, həbsxanaya gedin"

Rusiya XİN Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dünən Sergey Lavrov barədə səsləndirdiyi fikirlərə münasibət bildirib. AzVision.az xəbər verir ki, Rusiya XİN-nin rəsmisi Mariya Zaxarova sosial şəbəkəsindəki səhifəsində türk nazirə cavab verib. "KİV: "Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin İŞİD-lə əlaqəsinin sübuta yetiriləcəyi təqdirdə istefaya getməyə hazır olduğunu bəyan edib. Bunu Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulandan sonra etmək lazım idi. İŞİD-lə əlaqəyə görə isə istefaya yox, həbsxanaya gedirlər"-deyə o, yazıb.

Qeyd edək ki, ötən gün M. Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrov haqqında : "Əgər Türkiyənin İŞİD-lə əlaqələri sübuta yetirilərsə, istefaya getməyə hazıram, əks təqdirdə həmkarımı həyatımın sonuna kimi Antalyada qonaq edəcəm"- demişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00