Tramp Kimlə görüşmək istəyir

ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp qalib gələcəyi təqdirdə Şimali Koreya ilə danışıqlar masasına əyləşəcəyini deyib. Teleqraf.com bildirir ki, Tramp Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In ilə görüşmək istədiyini bildirib: "Onunla görüşmək və danışmaq istəyirəm. Düşünürəm ki, bunda heç bir problem olmaz".

Qeyd edək ki, milyarder bir müddət öncə Putinlə bağlı müsbət fikirlər səsləndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00