Dünyanın ən iri çəhrayı brilyantı satıldı
18 May 2016 19:31 Dünya15,38 karat çəkisində olan dünyanın ən iri "Unique Pink" ("Unikal Çəhrayı") çəhrayı brilyantı Cenevrədə "Sotheby's" hərracında rekord qiymətə - 31,5 mln dollara satılıb. APA-ya istinadən xəbər verir ki, bu barədə hərracın təşkilatçısı Devid Bennet bildirib. "Bu yeni dünya rekordudur... Bu indiyədək çəhrayı brilyanta görə verilən ən böyük məbləğdir", - deyə Bennet bildirib. Onun sözlərinə görə, nadir brilyantın alıcısı Asiya ölkələrinin birindən fərdi şəxsdir.
Qeyd edək ki, brilyant "Sotheby's" hərrac evi tərəfindən 28-38 milyon dollar dəyərində qiymətləndirilib. Həmin brilyant 5 il əvvəl Cənubi Afrikada mədənlərin birində aşkarlanıb. ABŞ-ın "Cora International" şirkəti (Nyu-York) tərəfindən satışa çıxarılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00