Müğənni özündən 20 yaş kiçik xanımı ilə boşandı?
18 May 2016 19:23 Dünyaİki il öncə özündən 20 yaş kiçik Ceren Kaplakarslanla ailə quran Rafet El Roman haqqında şayiələr dolaşır. Xarici türk mətbuatının verdiyi xəbərə görə, ifaçının xanımı ilə ayrıldığı iddia olunur. Bu cür xəbərlərin yayılmasına səbəb ifaçının "Bütün evliliklər tükənir, xoşbəxt deyiləm" sözlərini deməsi olub.
Ötən gün Ceren Kaplakarslan da jurnalistlərin fotokameralarının obyektinə tuş gəlib. Onun barmağında üzük olmaması bir daha sübut edib ki, cütlük artıq ayrılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00