Erməni müğənnini ölkəsində saymadılar VIDEO

Ermənistanın "Eurovision-2016" mahnı müsabiqəsindəki təmsilçisi İveta Mukuçyan ölkəsində soyuq qarşılanıb. Aznews.az bildirir ki, İ.Mukuçyanı Ermənistanın hava limanında 10-15 nəfərdən ibarət qrup qarşılayıb. Həmin şəxslərin də müğənninin yaxın qohumları olduğu bildirilir. Müğənnini qarşılmağa az adamın gəlməsi isə onun yarışda qondarma rejimin bayrağını qaldırması göstərilir. Onun bu addımının ölkə əhalisi tərəfindən birmənalı qarşılanmadığı bildirilir.

Qeyd edək ki, "Eurovision 2016" mahnı müsabiqəsinin İsveçin Stokholm şəhərində keçirilib. Ermənistan təmsilçisi İ. Mukuçyan 249 balla 7-ci yeri tutub. O, müsabiqə zamanı yarışda qadağan olunduğu halda qondarma rejimin bayrağını qaldırıb. Ölkəsinə döndüyü zaman da sözügedən bayraq əlində olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00