Erməni qanuni oğru həbs olundu
18 May 2016 14:20 DünyaRusiya DİN-in Moskva üzrə cinayət axtarışı idarəsinin əməkdaşları, Kraqnoqorsk rayon polisi və "Bulat" döyüşçülərinin iştirakı ilə cinayətkar aləmdə Kamo Moskovski adı ilə tanınan 53 yaşlı qanuni oğru həbs olunub. Avropa.info bildirir ki, bu barədə Rusiya DİN-in rəsmi saytı məlumat yayıb. Əsl adı Kamo Yeqizarov olan Kamo Moskovski narkotik vasitələrin saxlanılmasında şübhəli bilinir. Hüquq-mühafizə orqanlarının informasiyasına görə, o, Moskva vilayətinə narkotik vasitələrin tədarükü ilə məşğul olurmuş. Axtarış zamanı onun üzərindən 1,2 qram çəkidə heroin tapılaraq götürülüb. Hadisə ilə bağlı narkotik vasitələrin qanunsuz əldə olunması və saxlanılması üzrə cinayət işi qaldırılıb. Kamo Moskovski əvvəllər dələduzluq, narkotiklərin saxlanılması ittihamları ilə məhkum olunub.