Dərmansız xəstəxanalar, biçarə xəstələr
18 May 2016 14:39 DünyaVenesuela çox ağır, fəlakətli iqtisadi böhrandadır. Büdcə gəlirlərinin əsasını neft satışlarından əldə olunan pullar təşkil edən Venesuela dünya bazarlarında "qara qızıl"ın kəskin ucuzlaşmasından sonra maliyyə sisteminin çökməsi ilə üzləşib. Milli.Az istinadən bildirir ki, iqtisadi kollapsın yaşandığı Venesuelada ən ağır vəziyyətdərdən biri səhiyyə sistemindədir. Hospitallar və tibb mərkəzlərində dərman preparatları çatışmır, elektroenerji təminatında qıtlıq yaşanır. New York Times-ın reportyoru Meridit Kout Venesuelanın səhiyyə sisteminin indiki durumunu əks etdirən fotosessiya hazırlayıb. Venesuela prezidenti Nikolas Maduro isə "biz dünyanın ən yaxşı səhiyyə sisteminə malikik" deyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00