Ər toy gecəsi telefonla mesajlasan arvadını...

Ərəbistanda ər toy gecəsi dostları ilə yazışan həyat yoldaşını boşayıb. Türkiyə mətbuatı xəbər verir ki, toy olduqdan sonra gecəni oteldə keçirən cütlük arasında mübahisə yaranıb. Ər arvadından telefondan "əl çəkməyi" tələb edərək: "Mesajlaşdığın adamlar məndən önəmlidir?" - deyə sual verib. Qadın isə ərinin sualına "Bəli" cavabını verdikdə kişi oteli tərk edib. O, səhər boşanmaq üçün məhkəməyə müraciət edib.

Qeyd edək ki, məhkəmə cütlüyün qərarını dəqiqləşdirməsi üçün onlara vaxt versə də, ər boşanmaq fikrindən daşınmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00