“Tetris”in ekranlaşdırılmasına 80 milyon $ ayrıldı

Əfsanəvi kompüter oyunu "Tetris"in ekranlaşdırılmasına hazırlıq görülür. İKT.lent.az-ın "Deadline" saytına istinadən verdiyi məlumata görə, prodüser Lourens Kasanoff bildirib ki, çəkilişlər 2017-ci ildə başlayacaq. "Tetris The Movie" trilogiyanın ilk hissəsi və "Thresahold Global Studios" studiyasının debüt layihəsi olacaq. Filmdə amerikalı və çinli aktyorlar iştirak edəcək. Büdcə 80 milyon dollardır. "Tetris"in ekranlaşdırılacağı 2014-cü ildə məlum olub. O vaxt L. Kasanoff elmi-fantastik triller çəkiləcəyini demişdi.

Qeyd edək ki, "Tetris" oyunu 1984-cü ilin iyununda sovet proqramçısı Aleksey Pajitnov tərəfindən "Elektronika-60" kompüterində yaradılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00