“Ağıllı” çamadan da icad olundu

Çinin "Xioami" şirkəti "90 Minutes Smart Suitcase" adlanan "ağıllı" çamadan istehsal edib. İKT.lent.az-ın "Gizmochina" nəşrinə istinadən məlumatına görə, bu çamadan "Bluetooth 4.0" köməyi ilə smartfona qoşula bilir. Çamadanın əsas özəlliyi iOS və "Android" əməliyyat sistemli cihazlara qoşulmaq imkanının olmasıdır. Bunun sayəsində çamadan oğurluq və ya qıfılın sındırılması barədə öncədən xəbər verə bilir. Həmçinin bununla çamadana açarsız olaraq kənardan girmək də mümkün olacaq. Çamadanın korpusu alüminium-maqneziumdan hazırlanıb və onun çəkisi 4,4 kiloqramdır. Çamadanın ölçüləri 550x375x215 mm, həcmi isə 31 litr təşkil edir. Cihazın tərtibatında Almaniyadan olan dizaynerlər iştirak ediblər. "Xioami" şirkətinin "ağıllı" çamadanının qiyməti 1 999 yuan və ya 460 manat təşkil edir. Bir qədər əvvəl isə "Xiaomi" şirkəti displeyinin diaqonalı 6,44 düym olan "Mi Max" ən böyük smartfonunu rəsmən təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00