Keçmiş merin evinə hücum edildi

Rusiya Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları Dərbənd şəhərinin keçmiş meri İmam Yarəliyevin evinə hücum ediblər.  Virtualaz.org bildirir ki, şəhərin Atayev küçəsi bağlanıb, tezliklə evdə axtarış işlərinə başlanacaq. 2015-ci ildə Rusiya İstintaq İdarəsi İmam Yarəliyev barəsində RF Cinayət Məcəlləsinin "Vəzifə səlahiyyətlərini aşma" maddəsi üzrə cinayət işinə başlamışdı. Məşhur ictimai və siyasi xadim İmam Muzamudinoviç Yarəliyev keçmişdə Dərbənd şəhər administrasiyasının başçısı, 1995-2006-cı illərdə isə regionun prokuroru vəzifələrini icra edib. Dağıstan Xalq Məclisinin və respublika Dövlət Şurasının üzvü olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00