Göz-gözü görmür - Havada toz divarı
17 May 2016 18:50 DünyaÇinin Sntzyan-Uyğur muxtar vilayətində göz gözü görmür. ATV.az bildirir ki, Qaşğar şəhərini bir anda cənginə alan qum qasırğası, havada 100 metr hündürlüyü olan toz divarı əmələ gətirib. Əlverişsiz havada görmə məsafəsi minimuma endiyindən əlaqədar qurumlar yollardakı sərnişinləri xilas etmək üçün hərəkətə keçirib. Təbiət hadisəsi ilə bağlı narıncı həyəcan siqnalı verməyə hazırlaşan meteorologiya idarəsi sakinləri qapalı məkanları tərk etməməyə səsləyib. Qeyd edək ki, mövsümlə əlaqədar olaraq Çində qum qasırğaları ilə ərzində bir neçə dəfə qeydə alınır. Bu cür hava tənəffüs problemləri ilə üzləşən insanların səhhətində fəsadlara yol açır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00