Cennifer Lopes serialını təqdim etdi

Məşhur amerikalı müğənni və aktrisa Cennifer Loppes dünən Nyu-Yorkda NBĞ telekanalının keçirdiyi "NBC Universal Upfronts" təqdimat mərasiminə qatılıb. Mərasimdə NBC telekorporasiyasının və Telemunda telekanalının proqramları, şouları və layihələri təqdim olunub. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, iyul ayında 47 yaşı tamam olacaq "Cey Lo" mərasimdə dekolteli ağ donda idi. Cennifer Lopes NBC telekanalının yeni teleserialı "Shades of Blue"da polis zabiti rolunu oynayır. Mərasimə 46 yaşlı müğənni Merayya Kerri də qatılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00