1600 il əvvəl batan gəmidən 40 kiloqram sikkə tapıldı

İsrailin Keysariya limanının yaxınlığında yerli dayverlər batmış gəmi aşkar ediblər. Xarici KİV xəbər verir ki, təxminən 1600 yaşı olan gəmi Qədim Roma dövrünə aiddir. Onun göyərtəsindən ümumi çəkisi 40 kiloqram olan sikkələr tapılıb. Eramızın IV əsrində batan gəminin içində bürünc heykəllər, amforalar və imperator Konstantinin təsviri olan minlərlə sikkələr aşkar edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00