“Google” və “Facebook” öz universitetlərini açacaq
17 May 2016 20:32 DünyaBöyük Britaniyada nəhəng internet texnologiyaları şirkətlərinin şəxsi tədris ocaqlarını aça bilməsi ilə bağlı sənəd hazırlanır. İKT.lent.az-ın "runews24.ru" saytına istinadən məlumatına görə, bununla da "Google" və "Facebook" kimi aparıcı şirkətlər elmi müəssisələrin yaratmaq hüququ əldə edəcək və sonradan elmi dərəcələr verə biləcək. Yeni sənəd ölkədə təhsildə yenidənqurma işlərinin aparılması məqsədi daşıyır. Həmçinin qərarda ümumi qəbul olunmuş normalardan kənara çıxan təhsil mərkəzlərinin yaradılmasının təşviq edilməsinə yönəlmiş islahatlar barədə söz açılır.
Bu, daha ixtisaslaşmış işçilərin hazırlamasına imkan verəcək, həmçinin şirkətin əməkdaşlarına ali təhsil almaq imkanı yaradacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00