Rusiya suriyada bir gündə 4 vertolyot itirib
17 May 2016 17:15 DünyaSuriyada Palmira yaxınlığında yerləşən Tiyas (T-4) hərbi hava bazasında İŞİD silah- sursat anbarını partladıb. Partlayış nəticəsində 4 ədəd Rusiyaya aid olan hücum vertolyotu məhv edilib. Pilotlar və hərbiçilər həlak olub. Partlayış nəticəsində raket yüklü 20 yük avtomobilinin məhv edildiyi bildirilir. Olay İsrail qaynaqları və Əl -Mürid adlı Əsəd yanlı bloqqer tərəfindən də təsdiqlənib. Əsəd rejimi və Rusiya olayla əlaqədar hələlik hər hansı bir açıqlama verməyib. Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00