İstanbul şəhər məhkəməsində bomba

Ötən gecə İstanbul Çağlayan Məhkəməsinin yaxınlığındakı avtobus dayanacağından bomba tapılıb.Gecə saat 21-15 radələrində dayanacaqdakı vətəndaş kabellərlə sarılmış bir şübhəli qutu görüb. O  qutunu yaxındakı  boş bir əraziyə  aparııb.Olay yerinə çağırılan polis yoxlama zamanı qutuda partlayıcı qurğu olduğunu müəyyən edib. Təcili olaraq məhkəmə və dayanacağın yaxınlığındakı yollar avtomobil və piyada hərəkəti üçün bağlanıb. Partlayıcı qurğu polis tərəfindən zərərsizləşdilib. Beləliklə vətəndaşın diqqəti nəticəsində böyük bir faciənin qarşısı alınıb. Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00