Əsəd ordusu vakkumlu bomba atdı
17 May 2016 17:07 DünyaSuriya hərbi qüvvələri Humus yaxınlığıdankı Rastan və Kəfərlaha bölgələrinə vakkumlu bomba atıb. Qafqazinfo bildirir ki, bombalama nəticəsində 6 mülki vətəndaş ölüb, 22 nəfər yaralanıb.
Rastan bölgəsində məktəb binasına edilən hücumda aralarında bir qadın və bir uşaq olmaqla, 3 nəfər həyatını itirib, 10 nəfər yaralanıb. Mülki müdafiə dəstələri bildirib ki, dağıntılar altında qalan insanları xilas etmə işləri davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00