İŞİD 5 min illik inciləri məhv etdi

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı daha bir vəhşilik edib. Terrorçular İraqın Mosul şəhəri yaxınlığındakı qədim Nineviya şəhərində 5 min il yaşı olan tarixi abidələri məhv ediblər. Heavy bildirir ki, eramızdan əvvəl 3-cü minilliyin ortalarında İştar tanrısının məbədinin qarşısında ucalan Maşki darvazası, hökmdar 1-ci Şəmşiadadın vaxtında ucaldılmış Adad darvazası və akkad çarı Maniştuşunun zamanında tikilmiş qala divarları buldozerlər vasitəsilə yerlə yeksan olunub.

UNESCO-nun baş direktoru İrina Bokova qədim Nrineviyadakı vəhşiliyi qətiyyətlə pisləyib.

İŞİD terrorçuları ötən il Mosulda Nerqal darvazasının önündəki qanadlı buğaların heykəllərini dağıtmış, yerli muzeyi viran qoymuşdular.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00