Poroşenko Camalaya vəzifə təklif etdi
17 May 2016 11:59 DünyaUkrayna prezidenti Pyotr Poroşenko "Evrovision 2016" mahnı müsabiqəsinin qalibi Camalaya yüksək vəzifə təklif edib. "Olaylar" xarici mətbuata istinadən xəbər verir ki, Poroşenko Camalanı UNİSEF-un xoşməramlı səfiri görmək istədiyini bildirib. Bu barədə prezident öz "Tvitter" səhifəsində yazıb. Məlumata görə, Poroşemko ölkənin Xarici İşlər Nazirliyinə bunanla əlaqədar olaraq beynəlxalq təşkilat qarşısında məsələ qaldırılmasını tapşırıb.
Xatırladaq ki, "Eurovision 2016" mahnı müsabiqəsində Ukrayna təmsilçisi Camala 534 bal toplayaraq qalib olub. Bu müğənninin əsl ad və soyadı Susanna Alimovna Camaladdinovadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00