ABŞ kəşfiyyat təyyarəsi Rusiya sərhədinə yaxınlaşdı
16 May 2016 17:47 DünyaRusiya ilə ABŞ arasında hərbi qarşıdurma Baltik hövzəsi və Barents dənizində şiddətlənməkdədir. Ölkə.az bildirir ki, bu gün səhər saatlarında əvvəlcə Baltik dənizi, daha sonra isə Barents dənizi istiqamətində kəşfiyyat uçuşu həyata keçirən ABŞ-a məxsus RC-135V tipli kəşfiyyat təyyarəsi Rusiya sərhədlərinə yaxınlaşıb.
Hər iki halda Rusiya hərbi hava qüvvələrinin Su-27 qırıcıları havaya qaldırılıb və onlar ABŞ təyyarəsini müşayiət ediblər.
Xatırladırıq ki, ABŞ başda olmaqla NATO dövlətləri Baltik hövzəsində hərbi varlıqlarını artırmaqdadırlar. Bu isə Rusiyanın əsəblərini tarıma çəkir və vəziyyəti daha da gərginləşdirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00