Rusiyalı ekspert: "Metsamor" AES-in reaktorunu dəyişmək lazımdır
16 May 2016 17:43 DünyaHələ də Ermənistanda fəaliyyət göstərən "Metsamor" AES-in indiki vəziyyətini nəzərə alaraq, onunla bağlı nə isə etmək lazımdır. Bunu Trend-ə politoloq, Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Təhlükəsizlik Mərkəzinin baş elmi əməkdaşı Vladimir Yevseyev deyib. Onun sözlərinə görə, tamamilə təhlükəsiz olan yeni növ qiqavat reaktoruna dəyişdirilmə ideal variant ola bilər: "Metsamor" AESn əvvəlcə hər biri 400 meqavat olan iki reaktordan ibarət idi, onlardan biri istismardan çıxarıldı, bundan sorna Rusiya 1 qiqavat elektrik enerjisi hasil edə bilən yeni stansiya tikməyi təklif etdi". V.Yevseyev qeyd edib ki, problem Ermənistanda bu elektrik enerjisini istehlak edənlərin olmamasından ibarətdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00