İngiltərə kilsəsi “Google”a milyonlarla dollar yatıracaq
16 May 2016 18:32 Dünyaİngiltərə kilsəsi "Google" şirkətinə milyonlarla dollar investisiya yatırmaq niyyətindədir. İKT.lent.az-ın "The Times" nəşrinə istinadən məlumatına görə, kilsə komisyonçuları bu günlərdə dərc edilən illik hesabatda qeyd ediblər ki, "Google" şirkətinin daxil olduğu "Alphabet" korporasiyası "kilsənin investisiya yatıracağı 20 ən dəyərli şirkətlərdən biridir". Yatırılacaq vəsaitin həcmi açıqlanmır. Bununla belə, deyilir ki, kilsə 7 milyard funt-sterlinq həcmində aktivləri idarə edir.
Xatırladaq ki, ötən ilin may ayında İngiltərə kilsəsi ümumi məbləği 12 milyon funt-sterlinq olan neft və kömür hasil edən şirkətlərdəki payını azaltmağı planlaşdırırdı. Buna səbəb bu şirkətlərin ətraf mühiti çirkləndirməsi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00