Smartfonlar üçün ən populyar əlavələrin reytinqi açıqlandı
16 May 2016 19:40 Dünya"Google Play" onlayn mağazasından ən çox yüklənən əlavələr "Facebook" sosial şəbəkəsinin əlavəsi olub. İKT.lent.az-ın "runews24.ru" saytına istinadən məlumatına görə, bu reytinqi "App Annie" şirkəti yaradıb. 2016-cı ilin aprel ayının sonuna olan məlumata görə, "Facebook" sosial şəbəkəsindən 1,65 milyard istifadəçi istifadə edir. Bu istifadəçilərin 54 faizi isə sosial şəbəkəyə mobil əlavə vasitəsilə daxil olublar. "Google Play"in məlumatına əsasən, hazırda "Facebook" sosial şəbəkəsinin mobil əlavəsi 1 milyarddan artıq cihaza yüklənib. İkinci və üçüncü yerləri də "Facebook" mütəxəssisləri tərəfindən tərtib olunmuş "WhatsApp" və "Messenger" əlavələridir. Bu reytinqdə dördüncü yeri "Instagram" fotoservisi, beşinci yeri isə telefonun yaddaşını təmizləmək üçün yaradılan "Clean Master" əlavəsidir. Bu reytinqin top onluğuna "Skype", "Line", "Viber", "Twitter" və "Flashlight" kimi əlavələr də daxildir.