“Google” şok cərimə cəzasının astanasında!

Avropa Komissiyası antiinhisar qanunvericiliyinə zidd fəaliyyətlə əlaqədar "Google"a 3 milyard dollar cərimə kəsə bilər. İKT.lent.az-ın xəbərinə görə, bu barədə "The Sunday Telegraph" məlumat yayıb. Qərarın yaxın həftələrdə açıqlanacağı bildirilir. Avropa Komissiyasının bu barədə araşdırması 2010-cu ilin sonundan aparılır. Avropa İttifaqı "Google"u Avropa axtarış xidmətləri bazarında dominant rolundan sui-istifadə etməkdə günahlandırır. Şirkətin hətta illik gəlirinin 10 faizinə yaxın miqdarda cərimələnəcəyi istisna olunmur ki, bu halda cərimə məbləği 6 milyard dollara çata bilər. Xatırladaq ki, 2009-cu ildə Avropa Komissiyası ABŞ-ın "Intel" şirkətini 1 milyard dollar həcmində cərimələyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00