Gürcüstanda çayda Ermənistan vətəndaşının meyiti tapılıb
16 May 2016 15:16 DünyaGürcüstanda Ermənistan vətəndaşının meyiti tapılıb. APA-nın "Novosti-Qruziya" agentliyinə istinadən verdiyi məlumata görə, ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, meyit Kvemo-Kartli bölgəsində (Qaçağan kəndi yaxınlığında) Kür çayında aşkarlanıb. Ermənistanın "tert.am" saytının Ermənistan Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərdə isə deyilir ki, ölkədə mayın 2-dən itkin düşmüş 1960-cı il təvəllüdlü vətəndaşın axtarışları aparılıb. Yaxın vaxtlarda Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları meyiti qarşı tərəfə təhvil verəcəklər. Faktla bağlı Gürcüstanda cinayət işi açılmayıb. Məsələ ilə bağlı Ermənistan hüquq-mühafizə orqanları araşdırma aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00