1 milyard insan fəlakətlə üz-üzə qalacaq
16 May 2016 14:18 Dünya2060-cı ildə 1 milyarddan çox insan qlobal iqlim dəyişikliyi ucbatından fəlakətli daşqın təhlükəsi ilə üz-üzə qalacaq. Axar.az bildirir ki, bu sözlər Böyük Britaniyanın "Xristian yardımı" təşkilatının hesabatında yer alıb. Hesabata əsasən, ən böyük təhlükə ABŞ, Çin və Hindistanda müşahidə ediləcək. Xüsusilə Kəlküttə, Mumbai və Mayami şəhərləri daşqınla üz-üzə qalacaq. Təhlükəyə əsas səbəb okeanlarda suyun həcminin artması olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00