Sərdar Ortacla Chloe Loughnanın evliliklərində problem çıxıb
16 May 2016 19:04 Dünyaİki il öncə evlənən və ilk gündən bəri xoşbəxtlik pozları verən Sərdar Ortac-Chloe Loughnan cütlüyünün evliliyində problem çıxıb. Sərdar Ortacın irlandiyalı xanımı dünyaca məşhur model ajansı Ford Models Miaminin kadrosuna qatıldı. Bu səbəblə tez-tez Amerikaya gedən Loughnana yoldaşı bu səyahətlərdə yanında olmur. Cütlüyə yaxın qaynaqların iddiasına görə, bunun səbəbi evlilikdə yaşanan böhran imiş. Ortacın davamlı olaraq dostları ilə bu haqda danışdığı, "Evliliyimizi qurtara bilmirik" dediyi və cütlüyün hər an boşanma qərarı ala biləcəyi söylənilir.
Xatırladaq ki, Sərdar Ortac və Chloe Loughnan 2014-cü ildə evlənmişdilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00