Çində mədəndə 6 nəfər qanunsuz qızıl çıxaran zaman həlak olub

Pekin ətrafında yerləşən qızıl hasilatı mədənlərindən birində 6 nəfər qanunsuz iş görən zamanı ölüb. Bu barədə Trend TASS agentliyinə istinadən məlumat verir. Daha bir nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Hazırda hüquq-mühafizə orqanları baş verən hadisə ilə bağlı təhqiqat aparır. Həmçinin 6 nəfərin saxlanıldığı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00