Kolumbiya polisi 240 milyonluq kokain aşkarlayıb
16 May 2016 11:15 DünyaKolumbiya polisi Panama ilə sərhəddə 8 ton kokain müsadirə edib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, külli miqdarda narkotik maddə ölkənin şimal-qərbindəki Antyokiya departamentində, yeraltı zirzəmilərdən birində aşkarlanıb. Müsadirə olunmuş narkotik maddənin 240 milyon dollar dəyərində olduğu bildirilir. İnsidentlə əlaqədar 3 nəfər saxlanılıb. Kolumbiyanın müdaifə naziri Luis Karlos Vilyeqas yükün Usuqa narkokartelinə məxsus olduğunu bildirib. Onun rəhbəri barədə məlumat verənə isə ABŞ 5 milyon dollar vəd edib. BMT-nin hesablamalarına görə, Kolumbiyada hər il 442 ton kokain istehsal edilir. 2015-ci ildə ölkədə 252 ton narkotik maddə müsadirə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00