Ukraynada siyasi dialoq döyüş meydanına döndü VIDEO
13 May 2016 18:05 DünyaUkrayna Ali Radasında deputatların növbəti davası baş verib. Qafqazinfo bildirir ki, bu dəfə davanın baş verməsinə səbəb "Müxalifət bloku" fraksiyasının nümayəndəsi Aleksandr Vikulanın rus dilində çıxış etməsi olub. Bu isə digər həmkarlarının qəzəbinə səbəb olub. "Xalq Cəbhəsi" partiyasından Yuri Timoşenko Vikulanı tribunadan düşürməyə çalışanda aralarında toqquşma yaşanıb. Bu səbəbdən vitse-spiker İrina Qeraşenko iclası vaxtından əvvəl bağlamalı olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00

