Dünya dron bazarının dəyəri açıqlandı
13 May 2016 18:28 DünyaPilotsuz uçan aparatların istifadə olunduğu xidmətlərin dünya bazarının həcmi 127 milyard dolları ötüb. İKT.lent.az-ın "runews24.ru" saytına istinadən məlumata görə, dronların istifadə olunduğu ən iri sahə energetika, avtomobil və dəmir yollarıdır. Burada xidmətlərin potensial qiyməti 45,2 milyard dollar həcmində qiymətləndirilir.
Sonrakı yerləri 32,4 milyard dollar həcmi ilə aqrar sənaye və 13 milyard dollar həcmində qiymətləndirilən nəqliyyat sahələri tutur. Həmçinin pilotsuz uçan aparatlar təhlükəsizlik sahəsində də istifadə olunur.
Mütəxəssislər dronların kütləvi informasiya vasitələri və əyləncə sənayesi sahəsində də geniş imkanlarından danışırlar. Bundan başqa, dronlar telekommunikasiya xidmətləri, həmçinin hasilat sənayesinin müxtəlif sahələrində də istifadə oluna bilər.