İldırım 35 nəfəri öldürdü

Banqladeşdə ildırım vurması nəticəsində aralarında qadın və uşaq olmaqla azı 35 nəfər ölüb. Report bildirir ki, bu haqda "İndian Express" məlumat yayıb. Təbii fəlakət nəticəsində ölkənin Pabna şəhərində 8 nəfər, Siracgənc və Racişah dairələrində 10 nəfər, Kişorgənc və Brahmanbarxiya əyalətlərində 8 nəfər, ölkə paytaxtı Dəkkədə futbol oynayan iki tələbə həyatını itirib. Daha 7 nəfər isə Banqladeşin müxtəlif ərazilərində ölüb.

Ölənlərin çoxu əkin sahələrində işləyən kəndlilərdir. Uşaqlar isə küçədə yağış altında oynayarkən onları ildırım vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00