Belarusda "İpək yolu" forumu keçiriləcək
13 May 2016 17:17 DünyaBelarusda "İpək yolu" iqtisadi konsepsiyasının inkişafına həsr edilmiş regional forum keçiriləcək. Trend Belta-ya istinadən xəbər verir ki, bu barədə Belarusun baş naziri Andrey Kobyakov Çinin kommersiya nazirinin müavini Çjun Şanla ilə Minskdə görüşdə deyib. "Bir qurşağ, bir yol" adında regional konfrans 2016-cı ildə keçiriləcək. A.Kobyakov qeyd edib ki, "İpək yolu" layihəsində iştirak edən tərəflərlə hazırda forumun keçirilməsi ilə bağlı müzakirələr aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00