Əyləncə parkında FACİƏ VIDEO
Attraksion aşdı: ölən var
13 May 2016 16:55 DünyaHindistanın Çennai şəhərinə yaxın ərazidə yerləşən Kişkinta əyləncə parkında içərisində insanlar olan attraksion xəttindən çıxaraq aşıb. Virtualaz.org bildirir ki, hadisə nəticəsində ölən və yaralananlar var. Mənbəyə görə, oxu ətrafında fırlanan "Disko rəqqası" adlı attraksion yarımçevrə formasındakı relsdən çıxaraq aşıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb. Bildirilir ki, xəsarət alanların hamısı əyləncə parkının işçiləridir. Belə ki, daha öncə subasma nəticəsində sıradan çıxmış attraksion təmirdən yenicə qayıdıbmış və parkın rəhbərliyi işçilərinə tapşırıb ki, qurğunun testində iştirak etsinlər. Xəsarət alanlar deyiblər ki, onları attraksiona zorla daxil ediblər. Polis əyləncə parkının sahibi Coş Pannişanı tutub.

