Avropanın ən bahalı hotelləri olan paytaxt şəhərləri
13 May 2016 14:14 Dünya"Hotel info" turist servisinin reytinqinə əsasən, Avropanın ən bahalı hotelləri olan paytaxt şəhəri Bern seçilib. Trend xəbər verir ki, Berndə 1 sutkalıq hotel turistə orta hesabla 147 avroya başa gəlir. Son bir il ərzində İsveçrə paytaxtında hotel qiymətləri 7% artıb. Reytinqin ikinci pilləsində 138 avro ilə Böyük Britaniyanın paytaxtı durur. Londonda son bir il ərzində hotel qiymətləri isə əksinə, 2% ucuzlaşıb. Avropanın ən bahalı paytaxt hotelləri sıyahısında 136 avro ilə Kopenhagen durur. Paris (117 avro) reytinqdə 9-cu, Moskva (92 avro) isə 11-cidir. Həmçinin siyahıda ən bahalı hotelləri ilə Stokholm, Oslo, Brüssel, Helsinki, Amsterdam, Dublin, Belqrad, Berlin, Vyana və Madrid kimi paytaxtlar var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00