Rusiya Silahlanma qanunundan çıxa bilər - TƏHDİD

ABŞ-ın Rumıniyada raketdən müdafiə sistemləri yerləşdirməsi və bu planını bütün Şərqi Avropada reallaşdırmaq istəməsi Rusiyanın Strateji Hücum Silahlanması haqqında qanundan çıxmasına səbəb ola bilər. Axar.az-a istinadən bildirir ki, bunu Rusiya mətbuatına açıqlamasında Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Frans Klintseviç söyləyib. Onun sözlərinə görə, ABŞ-ın addımları Moskva üçün təhdiddir. O, Rumıniyada yerləşdirilən "İdjis" raketdən müdafiə sistemlərinin bir anın içində hücum zərbəsi endirə biləcək komplekslərə çevrilməsi imkanına sahib olduğunu bildirib.

Qeyd edək ki, Strateji Hücum Silahlanması haqqında razılaşma 2010-cu ildə ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Dmitri Medvedyev arasında imzalanıb. Razılaşmaya əsasən, tərəflər nüvə başlıqlarını 1550-yə qədər endirməli idilər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00