Yaponiyadan Obamaya gözlənilməz addım

ABŞ prezidenti Barak Obama Yaponiyadan üzr istəməməlidir. Axar.az  bildirir ki, bu iddia ilə ölkənin yerli nəşri Capan Tayms çıxış edib. İctimai rəy sorğularına əsasən, Yaponiya əhalisinin əksəriyyəti hesab edir ki, rəsmi səfər zamanı Obama Xirosimaya atom bombası atıldığına görə üzr istəməməlidir. Respondentlərin 62%-i Obamanın üzr istəməli olmadığını bildirib, 41%-i isə prezidenti nüvə silahının yayılmaması barədə öhdəlik götürməyə çağırıb. Bununla yanaşı, sorğuda iştirak edən vətəndaşlara görə, Obama Xirosima və Naqasaki hadisələrinin səhv oduğunu etiraf etməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00