İstanbulda terrorçu tutulub

Ötən gün İstanbuldakı hərbi hissələrin birində terror aktı törətmiş şəxs saxlanılıb. Trend-in Türkiyənin "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, terror aktında əli olan daha 8 nəfər tutulub. İlkin məlumata əsasən, saxlanılanların hamısının PKK terror təşkilatı ilə əlaqələri var. Onların adı açıqlanmır.

Qeyd edək ki, ötən gün İstanbulda minalanmış avtomobilin partladılması nəticəsində 9 nəfər yaralanmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00